Bank Of Baku

AYİB-in Qafqaz, Monqolustan və Mərkəzi Asiya üzrə maliyyə institutları ilə iş üzrə direktoru Azərbaycana gələcək

AYİB-in Qafqaz, Monqolustan və Mərkəzi Asiya üzrə maliyyə institutları ilə iş üzrə direktoru Azərbaycana gələcək
# 01 oktyabr 2012 09:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn həftə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz, Monqolustan və Mərkəzi Asiya üzrə maliyyə institutları ilə iş üzrə direktoru Mayk Teylor (Mike Tailor) Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə AYİB-in Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən verilən məlumata görə, M.Teylor Bakıya oktyabrın 9-da gələcək. Səfərin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarında, o cümlədən banklarda görüşlərin keçirilməsi və əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Səfər oktyabrın 12-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1,5 mlrd. ABŞ dolları olan 110 layihəni maliyyələşdirib. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR