Bank Of Baku

«Bank of Baku» yeni kredit proqramının icrasına başlayıb - FOTO

«Bank of Baku» yeni kredit proqramının icrasına başlayıb - <font color=red>FOTO</font>
# 01 oktyabr 2012 12:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC kiçik sahibkarlıq və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslər üçün «Kiçik biznesini böyüt» adlı yeni kredit proqramı hazırlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bundan sonra bankdan kredit götürən müştərilər ödəniş cədvəlini özləri tərtib etmək imkanı əldə edəcəklər. Beləliklə, biznesdə mövsümi faktorlar nəzərə alınmaqla kredit götürən şəxsin nə qədər və nə zaman ödəniş etmək niyyəti kredit rəsmiləşdirilərkən nəzərə alınacaq. Kiçik sahibkarlıq və kənd təsərrüfatı sahəsində mənfəətli biznes fəaliyyəti ilə məşğul olan vətəndaşlar «Bank of Baku»ya müraciət edə bilər. Biznes kreditlərinin məbləği 300 -30 000 ABŞ dolları təşkil edə bilər. Kreditin müddəti isə 24 ay ola bilər.

Mənfəətli kiçik sahibkarlıqla məşğul olan Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə «Bank of Baku»nun ölkə boyunca istənilən filialına müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR