Bank Of Baku

Azərbaycandakı sığorta şirkətlərinin məcmu kapitalı son bir ildə 33% artıb

Azərbaycandakı sığorta şirkətlərinin məcmu kapitalı son bir ildə 33% artıb
# 01 oktyabr 2012 12:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin məcmu nizamnamə kapitalının həcmi 2012-ci il oktyabrın 1-nə 243,557 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 33,2% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, son bir il ərzində nizamnamə kapitalının həcmini daha çox «Buta Sığorta», «PAŞA Həyat Sığorta», «AzSığorta», «Meqa Sığorta» və «Başak İnam» şirkətləri artırıb.

Belə ki, ötən müddət ərzində «Buta Sığorta» şirkətinin kapitalı 5,8 dəfə, «PAŞA Həyat Sığorta»da 2,2 dəfə, «AzSığorta»da 2,1 dəfə, «Meqa Sığorta»da 2 dəfə və «Başak İnam» sığorta şirkətində 71% artıb.

Qeyd edək ki, 2012-ci il oktyabrın 1-nə nizamnamə kapitalının həcminə görə ilk beşliyə «Paşa Sığorta» (35 mln. manat), «Xalq Sığorta» (26,382 mln. manat), «AzSığorta» (20,3 mln. manat), «PAŞA Həyat Sığorta» (15,050 mln. manat) və «İpək Yolu Sığorta» (12,093 mln. manat) şirkətləri daxildir.

Xatırladaq ki, mövcud tələbnamələrə əsasən, 2013-cü il yanvarın 1-nə sığorta şirkətləri nizamnamə kapitalını ən azı 5 mln. manata, təkrarsığorta şirkətləri isə 10 mln. manata çatdırmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR