Bank Of Baku

Azərbaycanda dövlət ipoteka kreditləşməsi kəskin azalıb

Azərbaycanda dövlət ipoteka kreditləşməsi kəskin azalıb
# 01 oktyabr 2012 13:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 3,07 mln. manat həcmində ipoteka krediti verilib. Bu, avqust ayında verilən ipoteka kreditləri ilə müqayisədə 5,2%, ötən ilin sentyabrı ilə müqayisədə isə 2,5 dəfə azdır. Bu barədə «APA-Economics»ə AİF-dən məlumat verilib.

Nəticədə, cari ilin yanvar-sentyabr aylarında verilən ipoteka kreditlərinin məbləği 45,58 mln. manata çatıb. Ötən ilin eyni dövrünə nisbətən dövlət ipoteka kreditləşməsi 33,8% azalıb.

Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin həcmi 391,12 mln. manata çatıb. Nəticədə, 2012-ci il oktyabrın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 42,1 manat təşkil edib.

Sentyabrda AİF tərəfindən 3,97 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Avqust ayı ilə müqayisədə yenidən maliyyələşdirilən kreditlərin həcmi 2,2 dəfə azalıb.

Nəticədə, ilk 9 ay müddətində 69,5 mln. manatlıq kreditlər yenidən maliyyələşdirilib. İndiyədək verilən ipoteka kreditlərinin 321,72 mln. manatı və ya 82,26%-i təkrar maliyyələşdirilib. Sentyabr ayında İpoteka Fondu istiqraz buraxmayıb. Nəticədə, ilk 9 ayda Fondun buraxdığı istiqrazların həcmi dəyişməyərək 23 mln. manat səviyyəsində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR