«Bank of Baku» müəllimlər üçün güzəştli kredit kampaniyasına başlayıb - FOTO
02 oktyabr 2012 08:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qarşıdan gələn müəllimlər günü ilə əlaqədar Azərbaycanın «Bank of Baku» ASC təhsil işçiləri üçün ilk dəfə «5 000 manat kreditə 1 000 manat TAM FAİZSİZ» adlı kredit kampaniyasına başlayır. Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində «Bank of Baku»dan kredit götürən müəllimlər kredit məbləğinin 20%-i həcmində tam faizsiz kredit almaq imkanı əldə edir.
Belə ki, müştəri ümumi şərtlər çərçivəsində 5 000 manat kredit alırsa, əlavə olaraq bu məbləğin 20%-i, yəni 1 000 manat məbləğində faizsiz kredit alma şansı qazanır. Faizli kreditin maksimal məbləği 5 000 manat, müddəti isə 30 aydır. Faizsiz kreditin müddəti, faizli kreditin müddətinin maksimum yarısı ola bilər. Bankın təkrar müştəriləri kreditləri arayışsız ala bilər. Kampaniya noyabrın 15-dək davam edəcək.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsində müvafiq sual vermək olar. «Bank of Baku»dan ilk dəfə kredit almaq istəyənlər kredit şərtlərini öyrənmək üçün iş yerinin adını, «Bank of Baku»nun daimi müştəriləri «Dostlar klubu»nun hansı kartına sahib olduğunu və nə qədər kredit ala biləcəyini öyrənmək üçün isə «Dost, boşluq, 6 rəqəmli müştəri kodu»nu yazıb 8145-ə SMS göndərə bilərlər.

Maliyyə
“AzerGold”un növbəti qızıl sikkəsi Naxçıvan MR-nın 100 illiyinə həsr olunub
09:39
13 may 2024
Bu günə olan valyuta məzənnələri
09:16
13 may 2024
Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb
12:49
11 may 2024
PAŞA Sığorta Azərbaycanın ilk qadın Avropa çempionunu təbrik edib
18:31
10 may 2024