Bank Of Baku

Azərbaycan fond bazarı son bir ildə 40% artıb

Azərbaycan fond bazarı son bir ildə 40% artıb
# 02 oktyabr 2012 11:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 7,9 mlrd. manat təşkil edib. Bu da 2011-ci ilin analoji dövrünə nisbətən 38,8% çoxdur.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar bazarı 21,4% artaraq 636,656 mln. manata çatıb. Korporativ istiqrazların ilkin bazarında 66 əqd üzrə 37,341 mln. manatlıq yerləşdirmə qeydə alınıb, istiqrazların təkrar bazarında isə 93 əqd üzrə 254,7 mln. manatlıq əqdlər bağlanılıb ki, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə korporativ istiqrazların ilkin bazarı 2,9 dəfə, təkrar bazarı isə 15,5% azalıb.

Hesabat dövründə səhmlərin ilkin bazarı 4,1 dəfə, təkrar bazarı isə 41,3% artıb. Göründüyü kimi, cari ilin ilk 9 ayında korporativ qiymətli kağızlar bazarında müsbət dinamika səhmlərin hesabına qeydə alınıb.

Bundan başqa, yanvar-sentyabr aylarında dövlət istiqrazları bazarının həcmi 2,4 dəfə, o cümlədən istiqrazların ilkin bazarının həcmi 2,4 dəfə, təkrar bazarın həcmi isə 3 dəfə azalıb. Azərbaycan Mərkəzi Bankının notları hesabat dövründə 33,6% artaraq 739,407 mln. manata çatıb, o cümlədən notların ilkin bazarı 33,5%, təkrar bazarı isə 30,7% artıb. Ümumiyyətlə, yanvar-sentyabr aylarında dövlət qiymətli kağızlar bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 40% artıb.

Bazarın seqmentləri

Yanvar-sentyabr, 2012

Yanvar-sentyabr, 2011

Faiz nisbəti

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Dİ (AMN)  (yerləşdirmə)

85 499 742,91

40

202 760 768,77

111

-2,4 dəfə

Dİ (AMN)
(təkrar bazar)

13 172 810,52

11

38 463 265,70

39

3 dəfə

Notlar (AMB) (yerləşdirmə)

726 919 777,85

181

543 957 246,90

217

33,6%

Notlar (AMB)
(təkrar bazar)

12 486 939,02

8

9 555 687,77

5

30,7%

Repo əməliyyatları

6 424 796 914,56

866

4 398 295 899,71

988

46,1%

DQK bazarı cəmi

7 262 876 184,86

1 106

5 193 032 868,85

1 360

40%

Korporativ istiqrazlar
(yerləşdirmə)

37 341 335,00

66

107 959 472,51

69

-2,9 dəfə

Korporativ istiqrazlar (təkrar bazar)

254 714 022,50

93

301 305 059,74

72

-15,5%

Səhmlər (yerləşdirmə)

335 788 218,23

122

81 353 599,10

114

4,1 dəfə

Səhmlər
(təkrar bazar)

8 812 679,22

2 589

6 238 422,84

2 715

41,3%

KQK bazarı cəmi

636 656 254,95

2 870

496 856 554,19

2 970

28,1%

Cəmi

7 899 532 439,81

3 976

5 689 889 423,04

4 330

38,8%



Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR