Bank Of Baku

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasına daha üç şirkət üzv olub

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasına daha üç şirkət üzv olub
# 02 oktyabr 2012 13:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən daha 3 lizinq şirkəti Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasına (ALŞA) üzvü olub.

ALŞA-dan «APA-Economics»ə verilən məlumata görə, yeni üzvlər «Ansar Leasing», «Turan Leasing» və «Nikoil Leasing» şirkətləridir. «Ansar Leasing» və «Turan Leasing» şirkətləri ALŞA-nın tərkibinə tam hüquqlu, «Nikoil Leasing» şirkəti isə müşahidəçi üzv qismində qoşulub.

ALŞA-nın sədri Elçin Əhmədovun sözlərinə görə, yeni üzvlərin qatılması assosiasiyanın imkanlarını daha da artırır: «Lizinq sektorunun inkişafını dəstəkləmək üçün ilk növbədə ölkədəki lizinq şirkətləri birləşməlidir. Sıralarımızın genişlənməsi qarşıya qoyulmuş məqsədlərə birgə səylərlə nail olmaq üçün perspektivləri daha da genişləndirir».

Qeyd edək ki, yeni şirkətlər də daxil olmaqla ALŞA-nın üzvlərinin ümumi sayı («AG Leasing», «Ansar Leasing», «AtaLeasing», «Dəmir Bank», «Joint Leasing», «UniLeasing», «Turan Leasing», «Standard Leasing», «Qafqaz Leasing» şirkətləri, eləcə də müşahidəçi qismində «ASB Bank» və «Nikoil Leasing») 11-ə çatıb.

Xatırladaq ki, ALŞA 2005-ci ildə Beynəlxalq Maliyyə Korporasiyasının (IFS) Azərbaycanda Lizinqin İnkişafı Layihəsi çərçivəsində yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR