Bank Of Baku

«Bank of Baku» təcili pulköçürmələrlə bağlı yeni kampaniya keçirir

«Bank of Baku» təcili pulköçürmələrlə bağlı yeni kampaniya keçirir
# 02 oktyabr 2012 15:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC və «Contact» təcili pulköçürmə sistemi yeni müştərək kampaniya elan edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində Azərbaycandan MDB ölkələrinə pul köçürən şəxslərin bonus kartına vəsaitlər yüklənəcək.

Bonus kartı 2010-cu ilin aprel ayından etibarən bankın təcili pulköçürmə xidmətlərindən yararlanmış müştərilərə verilən xüsusi kartlardır. Bu kartların sahibləri köçürülən vəsaitin 0,20%-dək bonus qazanır və yığılan bonusun məbləği 5 manatdan artıq olduqda həmin bonusları nağdlaşdıra bilir.

«Contact» təcili pulköçürmə sistemi ilə oktyabr ayından etibarən start götürəcək yeni, birgə kampaniya çərçivəsində həmin sistemlə pul köçürən hər müştərinin bonus kartına 0,20%-dək bonusdan başqa əlavə bonuslar da yüklənəcək. Belə ki, 500-1000 dollar/avro (ekvivalent rubl) üçün 1 manat, 1001-2000 dollar/avro (ekvivalent rubl) – 2 manat, 2001 dollar/avro və daha artıq məbləğdə (ekvivalent rubl) – 5 manat yüklənəcək.

Bonus kartı olmayan müştərilər kampaniya çərçivəsində «Bank of Baku»nun istənilən filialından bu kartı əldə edə bilər. Azərbaycandan MDB dövlətlərinə pul köçürmək niyyətində olan vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə birgə «Bank of Baku»nun istənilən filialına müraciət edə bilər.
«Bank of Baku» «Contact» sistemindən başqa, «Migom», «Caspian Money Transfer», «Western Union», «Bıstraə Poçta» və «Zolotaya Korona» kimi aparıcı təcili pulköçürmə sistemləri ilə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR