Bank Of Baku

«Atəşgah Həyat» sığorta şirkətində kadr dəyişikliyi baş verib

«Atəşgah Həyat» sığorta şirkətində kadr dəyişikliyi baş verib
# 03 oktyabr 2012 07:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkəti İdarə Heyətinin tərkibində kadr dəyişikliyi olub.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkətin İdarə Heyətinin sədr müavini Şahin Seyidzadə yeni təyinatla bağlı tutduğu vəzifədən azad olunub. Hazırda Ş.Seyidzadə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri vəzifəsini icra edir.

«Atəşgah Həyat» sığorta şirkətindən bildirilib ki, hazırda şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsi vakantdır. O da qeyd olunub ki, yaxın günlərdə həmin vəzifəyə yeni təyinatın olacağı gözlənilir.

Qeyd edək ki, Ş.Seyidzadə 2008-ci ilin mart-avqust aylarında «Atəşgah Sığorta» şirkətində insan resursları şöbəsinin rəisi, 2010-cu ilin sentyabrından isə «Atəşgah Həyat» sığorta şirkəti İdarə Heyətinin sədr müavini vəzifəsini icra edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR