Bank Of Baku

«Rabitəbank» nizamnamə kapitalını artırır

«Rabitəbank» nizamnamə kapitalını artırır
# 03 oktyabr 2012 11:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Rabitəbank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı 413 705 ədəd, emissiyanın ümumi həcmi isə 8 394 074,45 manat təşkil edir.

Səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsinə yaxın vaxtlarda başlayacağı gözlənilir. Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 42% artaraq 28,429 mln. manata çatacaq.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyulun 1-nə bankın nizamnamə kapitalı 20,053 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR