«Alfa Sığorta» şirkətinin İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
03 oktyabr 2012 12:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» şirkətinin İdarə Heyətinin yeni tərkibi formalaşıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkətin İdarə Heyətinin sədri vəzifəsinə əvvəllər Beynəlxalq Sığorta Şirkətində çalışmış Camal Əliyev təyin edilib.
İdarə Heyətinin sədr müavini vəzifəsinə Zahir Salahov (Beynəlxalq Sığorta Şirkəti), üzvü vəzifəsinə isə Əlihüseyn Qasımov (Beynəlxalq Sığorta Şirkəti) təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış Elşad Əliyev «Alfa Sığorta» şirkətinin Direktorlar Şurasına sədr seçilib.
Xatırladaq ki, C.Əliyevdən əvvəl şirkətin İdarə Heyətinin sədri vəzifəsini İbrahim İbrahimov icra edib. İ.İbrahimovun «APA-Economics»ə verdiyi məlumata görə, hazırda o heç bir sığorta şirkətində işləmir: «Hələlik heç bir sığorta şirkətindən təklif gəlməyib, bir müddət dincəlmək qərarına gəlmişəm, istirahət edirəm».
Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin cari ilin yanvar-avqust aylarında topladığı sığorta haqlarının həcmi 3,819 mln. manat, sığorta ödənişləri isə 0,793 mln. manat təşkil edib.
Cari ilin oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 6,750 mln. manat olub.

Maliyyə
Mərkəzi Bankın strukturunda dəyişikliklər edilib
18:22
27 may 2024
Kapital Bank-ın dəstəyi ilə NDU-da “Cyber Bootcamp” layihəsi başa çatıb
17:35
27 may 2024
Hesablama Palatası: Yenidən baxılan büdcə layihəsi üzrə bəzi risklər var
17:16
27 may 2024
Hesablama Palatası: 2024-cü ildə büdcə kəsiri proqnozlaşdırılan məbləğdən az olacaq
16:59
27 may 2024