Bank Of Baku

Sabah Aşqabadda Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Sabah Aşqabadda Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
# 03 oktyabr 2012 13:14 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının Türkmənistan tərəfdən tərkibi təsdiqlənib.

APA-Economics”in www.turkmenistan.ru saytına istinadən xəbərinə görə, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov iki ölkə arasındakı ikitərəfli sazişlərin reallaşdırılması və tərəfdaşlığın inkişaf etdirilməsi üçün iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının tərkibini təsdiqləyib.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, elm, təhsil, səhiyyə, idman, turizm və ictimai məsələlər üzrə baş nazirin müavini Sapardurdı Toylıyev komissiyanın Türkmənistan tərəfdən həmsədri təyin olunub.

Qeyd edək ki, oktyabrın 4-də Aşqabadda Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR