Bank Of Baku

Tarif Şurasının Dövlət Gömrük Komitəsi Mərkəzi Laboratoriyasının pullu xidmətlərin tariflərinin tənzimlənməsi ilə bağlı qərarı qüvvədən düşüb

Tarif Şurasının Dövlət Gömrük Komitəsi Mərkəzi Laboratoriyasının pullu xidmətlərin tariflərinin tənzimlənməsi ilə bağlı qərarı qüvvədən düşüb
# 04 oktyabr 2012 06:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda «Azərbaycan Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında» qanunun tətbiqi barədə» dövlət başçısının 15 sentyabr 2011-ci il tarixli fərmanına əsasən, Nazirlər Kabinetinin 5 sentyabr 2012-ci il tarixli qərarı ilə «Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının miqdarı»nın təsdiq edildiyi nəzərə alınaraq, Tarif Şurasının «Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası tərəfindən göstərilən pullu xidmətlərin tariflərinin tənzimlənməsi barədə» 25 dekabr 2007-ci il tarixli qərarına yenidən baxılıb və Şuranın qərarı qüvvədən düşmüş hesab olunub.

Qərar bu ilin oktyabrın 5-dən qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR