Bank Of Baku

Bakıda MDB-nin İcraiyyə Komitəsi yanında Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının iclası keçirilib

Bakıda MDB-nin İcraiyyə Komitəsi yanında Mühasibat Uçotu üzrə  Koordinasiya Şurasının iclası keçirilib
# 04 oktyabr 2012 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda MDB-nin İcraiyyə Komitəsi yanında Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının IX iclası keçirilib. Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, idarə rəhbərləri səviyyəsində keçirilən iclasda MDB-nin İcraiyyə Komitəsi yanında Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan üzvləri, Rusiya Peşəkar Mühasiblər və Auditorlar İnstitutu, «Maliyyə uçotu və hesabatlılığı standartları üzrə milli təşkilat» Fondunun, habelə Azərbaycan Auditorlar Palatası, mühasibat uçotu və audit fənlərinin tədrisi üzrə təhsil müəssisələrinin və digər qurumların nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Azərbaycanın maliyyə nazirinin birinci müavini İlqar Fətizadə bildirib ki, Koordinasiya Şurasının iclasları MDB ölkələrinin mühasibat uçotu sistemində fundamental islahatların aparılmasına mühüm töhfələr verib. Qeyd olunub ki, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində mühüm addımlar atılıb, qısa müddət ərzində ölkədə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçid təmin olunub, zəruri hüquqi normativ baza yaradılıb, tədris üçün metodiki vəsaitlər hazırlanıb və beynəlxalq mühasibat uçotunun əsasları üzrə bir neçə mərhələli təlimlərə start verilib.

Koordinasiya Şurasının iclasında Milli Mühasibat Uçotu sistemlərinin inkişafı, o cümlədən Maliyyə Hesabatları Beynəlxalq Standartlarının tətbiqi, qeyri-hökumət təşkilatları üçün mühasibat uçotunun tənzimlənməsi təcrübəsi, mühasibat uçotu sahəsində beynəlxalq təşkilatların fəaliyyəti, MDB ölkələri milli təsərrüfat subyektlərinin birləşdirilən maliyyə hesabatlarının razılaşdırılması üzrə layihə və mühasibat uçotu sahəsində mütəxəssislərin milli sertifikatlarının qarşılıqlı tanınması təcrübəsi ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR