Azərbaycanda bankların kapitalı 10% artıb
04 oktyabr 2012 13:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2012-ci ilin sentyabrın 1-nə 2 237,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 201,4 mln. manat və ya 9,9% çoxdur.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bu ilin əvvəlindən bank kapitallaşması 351,2 mln. manat və ya 18,6% artıb. Avqust ayında isə kapital üzrə artım 106,9 mln. manat və ya 5,0% təşkil edib.
Göründüyü kimi, təkcə avqust ayında banklar kapitallaşmalarını bu il ərzində artımın orta aylıq həcmindən (43,9 mln. manat) 2,4 dəfə çox səviyyəsində artırıb.

Maliyyə
PAŞA Həyat şirkətinin dəstəyilə Beynəlxalq Sığorta Forumu baş tutub
17:12
21 iyun 2024
BFB-də AccessBank-ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
15:33
21 iyun 2024
Dövlət Vergi Xidmətində yeni təyinat olub
11:20
21 iyun 2024
Mərkəzi Bank 2024-2025-ci illər üzrə inflyasiya proqnozunu açıqlayıb
11:17
21 iyun 2024