Bank Of Baku

«Bank of Baku» 30 mininci «Bolkart» sahibini mükafatlandırıb - FOTO

«Bank of Baku» 30 mininci «Bolkart» sahibini mükafatlandırıb - <font color=red>FOTO</font>
# 04 oktyabr 2012 14:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin «Bolkart»ının 30 mininci sahibi müəyyənləşib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sayca 30 mininci «Bolkart» Bakı şəhər sakini Əfqan Əliyevə təqdim edilib. Əlamətdar say münasibətilə «Bank of Baku» Ə.Əliyevə pul mükafatı qismində 1000 manat hədiyyə edib. Qalib H.Əliyev adına Bakı Neft Emalı Zavodunda texnoloji kompressorların maşinisti vəzifəsində işləyir.
«Ötən ilin sonunda kütləvi dövriyyəyə buraxılan «Bolkart» qısa müddət ərzində vətəndaşlar arasında böyük populyarlıq qazanaraq bu günə 30 289 rəqəminə çatıb», - deyə bankdan bildirilib.

«Bolkart» tamamilə pulsuz, limiti bərpa olunan bir kredit kartıdır. Bu gün «Bolkart»la ölkənin 300-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. «Bolkart»dan «Bank of Baku» ilə tərəfdaş olan tanınmış geyim, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək mümkündür. Lakin «Bolkart»la yalnız alış-veriş etmək deyil, kartda olan vəsaiti habelə nağdlaşdırmaq da olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR