Bank Of Baku

Asiya İnkişaf Bankı: Bu il Azərbaycanda inflyasiya 6,5% olacaq

Asiya İnkişaf Bankı: Bu il Azərbaycanda inflyasiya 6,5% olacaq
# 05 oktyabr 2012 07:28 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, AİB-in dərc etdiyi yenilənmiş «Asian Development Outlook 2012» hesabatında qeyd olunub ki, 2012-ci il üzrə Azərbaycanda inflyasiyanın səviyyəsi 6,5%, 2013-cü ildə isə 6% təşkil edəcəyi gözlənilir.

AİB sonuncu analoji hesabatını cari ilin aprel ayında dərc edib və həmin hesabatda Azərbaycanda illik 2012-ci il üçün 9%, 2013-cü il üçün isə 8,5% səviyyəsində proqnozlaşdırılıb.

Göründüyü kimi, AİB-in Azərbaycanda inflyasiya proqnozu 2012-ci və 2013-cü illərin hər biri üçün 2,5 faiz bəndi endirilib.

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 1,7%-lik inflyasiya qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR