Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Rusiya Mərkəzi Depozitarının başçısı ilə görüş keçirilib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Rusiya Mərkəzi Depozitarının başçısı ilə görüş keçirilib
# 05 oktyabr 2012 12:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Rusiya Mərkəzi Depozitarı İdarə Heyətinin sədri Eddi Astanin ilə görüş keçirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, görüşdə QKDK-nın sədr müavini İlqar Muradov Azərbaycan qiymətli kağızlar bazarının strateji inkişaf məsələləri və bu sahədə gələcəkdə həyata keçiriləcək tədbirlər haqqında ətraflı məlumat verib. İ.Muradov «Kapital bazarlarının formalaşdırılması: trendlər, çağırışlar, imkanlar» mövzusunda təşkil edilmiş beynəlxalq elmi-praktiki konfrans çərçivəsində keçirilən bu görüşün Azərbaycan qiymətli kağızlar bazarının gələcək inkişafına müsbət təsiri olacağını bildirib.

Öz növbəsində E.Astanin Bakıda keçirilən konfransın birgə əməkdaşlığın möhkəmləndirilməsində mühüm rolunu qeyd edib.

Görüşün sonunda gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR