Bank Of Baku

«Çartis Azərbaycan» sığorta şirkəti son bir ildə ödənişləri kəskin artırıb

«Çartis Azərbaycan» sığorta şirkəti son bir ildə ödənişləri kəskin artırıb
# 05 oktyabr 2012 13:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Çartis Azərbaycan» (əvvəlki «AIG Caspian») sığorta şirkətinin 2012-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 1,334 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün yığımları ilə müqayisədə 4,4% çoxdur.

Şirkətin Maliyyə Departamentinin direktoru Elmar İslamın «APA-Economics»ə verdiyi məlumata görə, bu ilin 9 ayında ümumi yığımlarda 55,69% «Əmlakın yanğından və digər risklərdən sığortası» (743,003 min manat), 20,40% «Ümumi mülki məsuliyyətin sığortası» (272,077 min manat), 12,36% «Peşə məsuliyyətinin sığortası» (164,900 min manat), 4,6% «Yüklərin (nəqliyyat) sığortası» (61,615 min manat), 1,72% «Fərdi qəza və xəstəlik sığortası» (22,891 min manat), 5,23% isə digər sığorta növlərinin payına düşüb.

Sığorta ödənişlərinə gəldikdə isə şirkət bu ilin yanvar-sentyabr aylarında 50 min manata yaxın sığorta ödənişi edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 5 dəfə çoxdur.

Qeyd edək ki, hesabat təcili məlumatlar əsasında hazırlandığı üçün mənfəət və ya zərərin həcmi dəqiqləşdirilməyib.

Xatırladaq ki, «Çartis Azərbaycan» ASC 1999-cu ildən «AIG Caspian» sığorta şirkəti adı ilə fəaliyyət göstərib. Şirkət brendini 2010-cu ilin noyabr ayında dəyişib. Əvvəllər şirkətin təsisçiləri «Caravan Investment» şirkəti (51%) və «AIG Inc.» şirkəti (49%) olub. Səhmdarların tərkibində edilən dəyişikliyə əsasən, «Caravan Investment» şirkəti (51%) öz payını ABŞ-ın «AIG Inc.» şirkətinə satıb və bununla da xarici şirkət «Çartis Azərbaycan»ın səhmlərinin 100%-nə sahib olub.

Cari ilin oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 6,787 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR