Azərbaycan və Koreya fond bazarı sahəsində əməkdaşlığı genişləndirir
05 oktyabr 2012 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Koreya Birjasının nümayəndə heyəti ilə görüş keçirilib.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, görüşdə QKDK-nın sədr müavini İlqar Muradov çıxış edərək hər iki ölkə arasında geniş əlaqələrin mövcud olduğunu bildirib. İ.Muradov «Kapital bazarlarının formalaşdırılması: trendlər, çağırışlar, imkanlar» mövzusunda təşkil edilmiş beynəlxalq elmi-praktiki konfransda Koreyanın iştirakından məmnun olduğunu qeyd edərək, bu konfransın iki tərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə imkan yaradacağını vurğulayıb.
Öz növbəsində Koreya Birjasının Qlobal Biznesin İnkişafı Departamentinin direktoru Honq Hee Şin tərəfindən ölkələr arasında yeni xidmət sahələrinin tətbiqi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi vurğulanıb.
Görüşün sonunda gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024