Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf naziri Macarıstana gedir

Azərbaycanın iqtisadi inkişaf naziri Macarıstana gedir
# 05 oktyabr 2012 15:50 (UTC +04:00)
Bakı – APA-Economics. Oktyabrın 8-də Azərbaycanın iqtisadi inkişaf naziri, Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti Macarıstana səfər edəcək.

İİN-dən “APA-Economics”ə verilən xəbərə görə, həmin gün Azərbaycan-Macarıstan biznes forumu təşkil olunacaq. Biznes-forumda Azərbaycanın biznes və investisiya imkanlarına, Macarıstan iqtisadiyyatına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.

Oktyabrın 9-da isə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının III iclası keçiriləcək.

Macarıstana səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR