Bank Of Baku

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vergilər naziri ilə görüşüb

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi  vergilər naziri ilə görüşüb
# 05 oktyabr 2012 16:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycanın vergilər naziri Fazil Məmmədov səlahiyyət müddətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, nazir BMT-nin Azərbaycandakı nümayəndəliyinin, xüsusən səfir F.Akçuranın fəaliyyətini yüksək qiymətləndirib.

F.Məmmədov qeyd edib ki, dünyanın ən mötəbər təşkilatı olan BMT-nin Azərbaycandakı nümayəndəliyi ölkədə həyata keçirilən islahatlara daim dəstək verib, Vergilər Nazirliyinin müxtəlif layihələrində və tədbirlərində də yaxından iştirak edib.

F.Akçura Azərbaycanda çalışdığı müddətdə ölkədə böyük quruculuq işlərinin şahidi olduğunu, ölkəmizin sürətlə dünya birliyinə inteqrasiya etdiyini, bunun nəticəsi olaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçildiyini və qlobal problemlərin həllinə öz töhfəsini verdiyini vurğulayıb.

İşlədiyi müddətdə Azərbaycanın vergi sistemində həyata keçirilən islahatları da yaxından izlədiyini bildirən F.Akçura gələcəkdə BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə Vergilər Nazirliyi arasında əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR