Bank Of Baku

«Royal Bank»ın əmanətçilərinə 12,3 mln. manata yaxın kompensasiya ödənilib

«Royal Bank»ın əmanətçilərinə 12,3 mln. manata yaxın kompensasiya ödənilib
# 08 oktyabr 2012 09:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) avqust ayının 1-dən etibarən «Royal Bank» ASC-nin qorunan əmanətçilərinə agent banklar vasitəsi ilə oktyabrın 1-dək 12,262 mln. manat həcmində kompensasiya ödəyib.

ƏSF-dan «APA-Economics»ə verilən məlumata görə, əmanətçilərə ödənilmiş məbləğ kompensasiya olunan əmanətlərin 83%-ni, ümumi əmanətlərin isə 46%-ni təşkil edir.

Fonddan bildirilib ki, «Royal Bank» ASC-də olan əmanətlərin ümumi ümumi həcmi 26,731 mln. manat olub və bu əmanətlərin 14,718 mln. manatı üzrə kompensasiya ödəniləcək.

Xatırladaq ki, bu prosesdə bank-agentlər rolunda «Bank Respublika», «Muğan Bank» və «AG Bank» iştirak edir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə «Royal Bank» ASC-nin lisenziyası 2012-ci il iyulun 12-də ləğv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR