Bank Of Baku

«Bank Respublika» aktivlərini 23% artırıb

«Bank Respublika» aktivlərini 23% artırıb
# 08 oktyabr 2012 11:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC 2012-ci il oktyabrın 1-nə olan əsas maliyyə göstəricilərini rəsmi internet səhifəsində açıqlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata əsasən, aktivlər 385,0 mln-a manata çatdırılıb, bu da 2011-ci ilin yekunları ilə müqayisədə 23% çoxdur, məcmu kapital isə 61,0 mln. manat təşkil edib.
Müştəri vəsaitlərinin ümumi məbləği 207 mln. manata çatdırılıb. İlin əvvəlindən ümumi vəsaitlərin həcmi 28,8% artıb.

Bankın kredit portfeli 28,4% artıb və 2011-ci ilin yekununda qeydə alınan 173,1 mln. manata qarşı 222,3 mln. manat təşkil edib.

Göstərilən tarixə «Bank Respublika»nın faiz gəlirləri 24 mln. manat, qeyri-faiz gəlirləri 11 mln. manat, vergi ödənilənədək mənfəəti 9,7 mln. manata çatdırılıb.

Likvid aktivlərin həcmi 110 mln. manat olub ki, bu da ümumi aktivlərin 28,5%-nə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR