Bank Of Baku

Azərbaycanda ixtisaslaşmış kənd təsərrüfatı bankının yaradılması gözlənilir

Azərbaycanda ixtisaslaşmış kənd təsərrüfatı bankının yaradılması gözlənilir
# 08 oktyabr 2012 13:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda aqrar sektorun inkişafı üçün kənd təsərrüfatı sahəsində ixtisaslaşmış bank təşkilatının yaradılmasına ehtiyac var. Bunu «APA-Economics»ə açıqlamasında «Aqrarkredit» bank olmayan kredit təşkilatı İdarə Heyətinin sədr müavini Süleyman Kələşov bildirib.

S.Kələşovun sözlərinə görə, «Aqrarkredit»in statusunun banka dəyişməsi hazırda gündəmdə olan bir məsələdir. «Azərbaycanda belə bir bank «Aqrarkredit» təşkilatının bazasında və ya ayrı bir bank təşkilatı kimi yaradıla bilər. Kənd təsərrüfatı üzrə ixtisaslaşmış banklar Türkiyə, Rusiya, Özbəkistan və digər ölkələrdə də fəaliyyət göstərir. Mövcud vəziyyətdə Azərbaycanda sırf kənd təsərrüfatı sahəsinə xidmət edə biləcək bankın yaradılmasına ehtiyac var», - deyə S.Kələşov qeyd edib.

S.Kələşov bildirib ki, yaxın vaxtlarda olmasa belə, perspektivdə Azərbaycanda 1-2 ilə analoji bankın yaradılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR