Bank Of Baku

Azərbaycanda sentyabrda icbari avtomobil sığortası üzrə 6 mln. manatdan çox vəsait yığılıb

Azərbaycanda sentyabrda icbari avtomobil sığortası üzrə 6 mln. manatdan çox vəsait yığılıb
# 08 oktyabr 2012 14:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sentyabr ayında İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə 6 mln. manata yaxın sığorta haqqı yığılıb.

Bürodan «APA-Economics»ə verilən məlumata görə, ötən ay ərzində 72,9 mindən çox sığorta müqaviləsi bağlanılıb ki, bunun da 19,3 mini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycanda tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib.

Xatırladaq ki, Büro 2011-ci ilin sonundan fəaliyyət göstərir. Büroya «Paşa Sığorta», «Atəşgah Sığorta», «Standard Insurance», «AtaSığorta», «Xalq Sığorta», «AXA-Mbask», «AzSığorta», «Alfa Sığorta», «Meqa Sığorta» şirkətləri və «Azərsığorta» Dövlət Sığorta Şirkəti üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR