Qeyd edək ki, cədvəldə göstəricilərin dinamikası 2009-cu il yanvarın 1-dən sonrakı dövrü əhatə edir, ondan əvvəlki müddətdə xarici öhdəliklərin həcmi daha da aşağı olub. Ümumiyyətlə, məhz 2008-ci ildə Azərbaycan bankları xaricdən maliyyə vəsaitlərinin cəlb edilməsini kəskin artırıb. Belə ki, 2008-ci ilin əvvəlinə xarici öhdəliklərin həcmi 971,6 mln. manata bərabər olub.
Eyni zamanda, bankların məcmu xarici aktivlərinin həcmi 2012-ci il sentyabrın 1-nə 1 800,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 114,1 mln. manat və ya 6,8% çoxdur. Bununla yanaşı, avqust ayı ərzində 32,9 mln. manat və ya 1,8%-lik azalma müşahidə olunub.
Nəticədə, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında saldo 905,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 12,9% çoxdur.