Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı daha bir pulköçürmə sisteminə qoşulub

Azərbaycan Beynəlxalq Bankı daha bir pulköçürmə sisteminə qoşulub
# 09 oktyabr 2012 13:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) Türkiyənin UPT (Universal Payment Transfer) pulköçürmə sisteminə qoşulur.

ABB-dən «APA-Economics»ə verilən məlumata görə, artıq bu sistemə üzvlüklə bağlı ABB ilə Türkiyənin «Aktif Bank»ı arasında əməkdaşlıq sazişi də imzalanıb.

ABB-dən bildirilib ki, yaxın vaxtlarda bu sistem üzrə pulköçürmə xidmətlərinə başlanılacaq.

Qeyd edək ki, UPT Türkiyənin yeganə pulköçürmə sistemidir ki, pulköçürmə əməliyyatı zamanı hesab açmadan Türkiyəyə təhlükəsiz pul köçürmək mümkündür.

Xatırladaq ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR