Bank Of Baku

«Turanbank» nizamnamə kapitalını artırır

«Turanbank» nizamnamə kapitalını artırır
# 09 oktyabr 2012 14:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Turanbank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 082 manat, sayı 5 727 ədəd, emissiyanın ümumi həcmi isə 6 196 614 manat təşkil edir. Səhmlər BFB vasitəsilə yerləşdiriləcək və yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 26% artaraq 30 mln. manata çatacaq. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edəcək.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin iyulun 1-nə bankın nizamnamə kapitalı 23,804 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR