Bank Of Baku

«Kredobank» nizamnamə kapitalını kəskin artırır

«Kredobank» nizamnamə kapitalını kəskin artırır
# 09 oktyabr 2012 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Kredobank» ASC-nin adi sənədli adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 10 min manat, sayı 3 min ədəd, emissiyanın ümumi həcmi isə 30 mln. manat təşkil edir. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 2,4 dəfə artaraq 50,540 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredobank» 1994-cü ildə yaradılıb. Cari ilin iyulun 1-nə bankın nizamnamə kapitalının həcmi 20,540 mln. manat olub. Bankın ölkə üzrə 15 filialı, 5 bankomatı və 90 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR