Bank Of Baku

«Access Bank» yeni kredit kartları buraxıb

«Access Bank» yeni kredit kartları buraxıb
# 10 oktyabr 2012 13:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC bütün rezident və qeyri-rezident fiziki şəxslərə kredit kartları təklif etməyə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu növ kartlar həm tam funksiyalı kredit kartı, həm də debet kartının funksiyalarını ehtiva etməklə, hesab üzrə həm müsbət, həm də mənfi qalığın qalmasına şərait yaradır.

Kart üzrə kredit xəttinin məbləği 1 illik müddətlə 10 000 manat təşkil edir. Güzəştli kredit dövrünə gəldikdə isə, onun müddəti 40 günə qədərdir. Qeyd edək ki, bu ilin dekabrın 31-dək «Visa Classic» kredit kartı pulsuz, «Visa Gold» kartı isə 20% endirimlə rəsmiləşdiriləcək.

Kredit kartını rəsmiləşdirmək üçün «Access Bank»ın istənilən filialına gəlmək, yaxud evi və ya ofisi tərk etmədən, elektron ərizəni doldurmaq kifayətdir.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 29 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR