Bank Of Baku

«Finca-Azerbaijan» kredit təşkilatının mənfəəti azalıb

«Finca-Azerbaijan» kredit təşkilatının mənfəəti azalıb
# 10 oktyabr 2012 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Finca-Azerbaijan» bank olmayan kredit təşkilatının aktivlərinin həcmi 2012-ci il oktyabrın 1-nə 156,508 mln. manat təşkil edib ki, sentyabr ayının 1-nə nisbətən bu göstərici 1,47% artıb.

«Finca-Azerbaijan»dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrünün sonuna təşkilatın kredit portfelinin həcmi 1,8% artaraq 138,626 mln. manata, o cümlədən qrup kreditlərin həcmi 0,2% azalaraq 73,868 mln. manata, fərdi kreditlərin həcmi 4% artaraq 64,757 mln. manata çatıb.

Bununla yanaşı, qrup kreditlərinin məcmu kredit portfelində xüsusi çəkisi təxminən 1,01 faiz bəndi azalaraq 53,29%, fərdi kreditlərin xüsusi çəkisi isə 1 faiz bəndi artaraq 46,71% təşkil edib.

Təhlil aparılan dövr ərzində təşkilatın məcmu kapitalı 3,9% artaraq 31,066 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 5 min manat olub.

Qeyd edək ki, «Finca-Azerbaijan»ın yanvar-sentyabr aylarında ümumi gəlirləri 39,865 mln. manat olub, bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 24% çoxdur. Qeyd olunan dövrdə xərclər 23% artaraq 29,946 mln. manat təşkil edib. Nəticədə, təşkilatın mənfəəti son bir ildə 32% artaraq 9,919 mln. manat olub. Cari ilin yanvar-avqust aylarında əldə olunan mənfəətlə müqayisədə təşkilatın mənfəəti 10% azalıb.
Son bir ildə cəmi müştərilərin sayı 136% artaraq 131 724 nəfərə, o cümlədən qrup kreditləri üzrə müştərilər 6,1% artaraq 90 771 nəfər, fərdi kreditlər üzrə müştərilərin sayı isə 33% artaraq 40 763 nəfərə çatıb.

Xatırladaq ki, «Finca Mikro-Finance Holding»in («Finca İnternational», ABŞ) törəmə şirkəti olan «Finca Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə 29 filial və 34 ofisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR