Azərbaycan və Macarıstan bir sıra sosial və iqtisadi sahədə əməkdaşlığı genişləndirmək qərarına gəlib
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti oktyabrın 8-9-da Macarıstanda səfərdə olub.
Səfərin birinci günü Ş.Mustafayev Macarıstanın baş naziri Viktor Orbanla görüşüb. Görüşdə iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Azərbaycan nümayəndə heyətinin Macarıstanın dövlət katibi Peter Siyarto və milli iqtisadiyyat naziri Derd Metolçi ilə görüşlərində kənd təsərrüfatı, infrastruktur, tikinti və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Həmin gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Macarıstan İnvestisiyalar və Ticarət üzrə Agentliyinin təşkilatçılığı ilə Macarıstan-Azərbaycan biznes-forumu keçirilib. Tədbirdə Azərbaycan və Macarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, səhiyyə, maliyyə, toxuculuq, tikinti, İKT və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edib.
Macarıstanın dövlət katibi, Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri P.Siyarto ölkəsinin Azərbaycanla əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, biznes-forum, işgüzar görüş və investisiya imkanlarına dair təqdimatların sahibkarlar arasında əməkdaşlığın daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu vurğulayıb.
Öz növbəsində Ş.Mustafayev Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrin qarşılıqlı hörmət, dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb. Nazir 2011-ci ildə əvvəlki illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsinin 2,6 dəfə artdığını və artım dinamikasının bu il də davam etdiyini diqqətə çatdırıb.
Biznes-forum və sərgilərin ticarət əlaqələrinin inkişafında, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsi, həmçinin yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadığını bildirən Ş.Mustafayev Azərbaycan və Macarıstanın iş adamları arasında 5 biznes-forumun keçirildiyini, bu tədbirlərin işgüzar dairələr arasında əlaqələrin inkişafında, ticarət əlaqələrinin şaxələndirilməsində əhəmiyyətini vurğulayıb. İki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün Azərbaycan və Macarıstan arasında siyasi, hüquqi və iqtisadi zəminin mövcud olduğunu qeyd edən nazir kənd təsərrüfatı, tikinti, enerji, İKT, turizm, səhiyyə, təhsil sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Azərbaycanda sənaye parklarının yaradılması istiqamətində tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Ş.Mustafayev bu sahədə Macarıstan şirkətlərini fəal əməkdaşlığa dəvət edib. Çıxışında həmçinin, Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir qeyd edib ki, Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib, sahibkarlıq fəaliyyəti genişlənib, əlverişli biznes və investisiya mühiti yaradılıb, ölkə investisiya ixracatçısına çevrilib.
Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Macarıstan İşverənlər və Sənayeçilər Konfederasiyası arasında, Macarıstan Gənc Sahibkarlar Milli Assosiasiyası ilə Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb. Bundan başqa, tədbir çərçivəsində Macarıstanın «Hartong-Malt KFT» şirkəti ilə Azərbaycanın «Prestij-Naxçıvan Pivəsi» şirkəti, Azərbaycanın «Elba» şirkəti ilə Macarıstanın «Bukki-Hus KFT» şirkəti arasında müqavilələr imzalanıb. Bundan başqa, forum zamanı bir sıra şirkətlər arasında əməkdaşlığa dair ilkin razılaşmalar əldə edilib.
Oktyabrın 9-da isə iki ölkə arasına iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın III iclası keçirilib. Azərbaycan tərəfindən Ş.Mustafayevin rəhbərlik etdiyi komissiyaya Xarici İşlər, Sənaye və Energetika, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Təhsil, Səhiyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Mərkəzi Bankın, «Azərsu» ASC-nin yüksək vəzifəli rəsmiləri daxildir. Macarıstan tərəfi isə iclasda P.Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. İclasda çıxış edən Ş.Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, hazırda Azərbaycan və Macarıstan arasında əməkdaşlığa dair möhkəm qanunvericilik bazası olduğunu vurğulayıb: «Bu günədək ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı da daxil olmaqla, müxtəlif sahələr üzrə 30-a yaxın sənəd imzalanıb».
Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, həmçinin biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Ş.Mustafayev Azərbaycan-Macarıstan birgə komissiyasının əvvəlki – II iclasından ötən dövrdə görülən işlərlə bağlı məlumat verib, iki ölkənin iqtisadiyyatın müxtəlif sahələrində - kənd təsərrüfatı, səhiyyə, təhsil, turizm və s. sahələrdə əməkdaşlığını diqqətə çatdırıb, iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Öz növbəsində P.Siyarto Macarıstanın Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
İclasda sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu, informasiya-kommunikasiya texnologiyaları, ticarət, elm və təhsil, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi, maliyyə və bank, səhiyyə və digər sahələrə dair müzakirələr aparılıb.
Sonda Azərbaycan-Macarıstan birgə komissiyasının III iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri Ş.Mustafayev və P.Siyarto imzalayıblar. İclas çərçivəsində həmçinin, komissiyanın həmsədrləri Azərbaycan və Macarıstan arasında təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa dair sazişi imzalayıblar.
Macarıstana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. Belə ki, xarici işlər nazirinin müavini Xələf Xələfov, təhsil nazirinin müavini Qulu Novruzov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və Azpromo-nun rəhbəri vəzifələrini icra edən Rüfət Məmmədov Macarıstanın aidiyyəti qurumlarının rəsmiləri ilə görüşüb, əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Xəbər Lenti
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü keçib
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb