Bank Of Baku

Azərbaycanda iqtisadi artım tempi 1,1%-ə düşüb

Azərbaycanda iqtisadi artım tempi 1,1%-ə düşüb
# 11 oktyabr 2012 08:50 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatında deyilir.

ÜDM-in 67,2%-i iqtisadiyyatın istehsal sahələri, o cümlədən 51,3%-i sənaye, 9,8%-i tikinti, 6,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşüb, 26,6%-i isə xidmət sahələrində yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,2%-ni təşkil edib.

İqtisadiyyatın qeyri-neft sahələrində yaradılan əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3% artıb, onun ümumi daxili məhsulda xüsusi çəkisi 50,3%-ə çatıb.

Bu dövrdə tikintidə əlavə dəyər real ifadədə 27,3%, informasiya və rabitə xidmətlərində 16,7%, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 16,3%, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,0%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 6,3%, nəqliyyat və anbar təsərrüfatında isə 2,1% artıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında iqtisadi artım 1,3%, ötən ilin yanvar-sentyabr aylarında isə 0,5% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR