Bank Of Baku

Azərbaycanda orta aylıq əmək haqqı 400 manata çatıb

Azərbaycanda orta aylıq əmək haqqı 400 manata çatıb
# 11 oktyabr 2012 09:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqust ayında Azərbaycanda muzdlu işçilərin orta siyahı sayı 1 389,5 min nəfər olub və onlardan 842,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 546,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. «APA-Economics»in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatında deyilir.

Muzdla işləyənlərin 23,4%-i təhsildə, 19,4%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,5%-i sənayedə, 9,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,5%-i tikintidə, 5,0%-i nəqliyyat və anbar təsərrüfatında, 3,2%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,9%-i informasiya və rabitə sahəsində və 14,5%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Avqust ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 396,6 manat təşkil edib, yanvar-avqust aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,6% artaraq 387,5 manat olub.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR