Bank Of Baku

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində «Kapital bazarının müasirləşdirilməsi Layihəsi»nin operatorunun rəhbəri ilə görüş keçirilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində «Kapital bazarının müasirləşdirilməsi Layihəsi»nin operatorunun rəhbəri ilə görüş keçirilib
# 11 oktyabr 2012 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı «Kapital bazarının müasirləşdirilməsi Layihəsi»nin operatorunun rəhbəri Kayvon Adhami ilə görüşüb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, görüşdə R.Aslanlı layihənin icrası istiqamətində artıq ilkin nailiyyətlərin olduğunu və qısa vaxt ərzində yaxın və ortamüddətli prioritetlərin müəyyən edildiyini bildirib. Komitə sədri «Kapital bazarının müasirləşdirilməsi Layihəsi»ndə qarşıya qoyulmuş məqsədlərə nail olunacağına və ölkədə kapital bazarının inkişaf etdirilməsinə layihənin müsbət təsiri olacağını vurğulayıb.

Öz növbəsində K.Adhami layihənin effektiv icrası istiqamətində təşkilatı baxımından hər bir komponent üzrə müəyyən işlərin görüldüyünü qeyd edib.

Görüşdə layihənin hazırkı icra vəziyyəti və gələcəkdə faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Qeyd edək ki, sözügedən layihə üçün Dünya Bankı QKDK-ya 12 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Layihənin icrasına İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən daha 3 mln. dollar ayrılıb. «Kapital bazarının müasirləşdirilməsi Layihəsi» 2010-cu ildə müxtəlif beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi və Dünya Bankı tərəfindən idarə edilən «FIRST Initiative» proqramı tərəfindən Azərbaycanda kapital bazarının inkişafı strategiyasının bir hissəsidir. Layihə çərçivəsində 2011-2015-ci illər üçün Azərbaycanda kapital bazarının inkişafı strategiyası və onun icrasına dair ortamüddətli tədbirlər planı hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR