Elman Rustəmov: «Bu il Azərbaycanın strateji valyuta ehtiyatlarının 50 mlrd. dolları ötəcəyi proqnozlaşdırılır»
E.Rüstəmov bildirib ki, Azərbaycan orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirib. Manatın paritet qiymətlərdə adambaşına düşən ÜDM həcmi 10 min dolları ötüb və bu göstəriciyə görə Azərbaycan dünyanın 100 ölkəsini geridə qoyur.
Ölkənin ticarət və tədiyyə balansının strukturunda da şaxələnməni əks etdirən xarakterik proseslər gedir. İxracın həcmi idxalın həcmindən 3 dəfə böyükdür. Qeyri-neft əmtəə və xidmət ixracı da cari ilin sonuna təxminən 5 mlrd. dollar həcmində gözlənilir. Xidmətlər ixracı da böyüyür və cəmi qeyri-neft ixracının 60%-nə bərabərdir. Tədiyyə balansında ilin sonuna 16-17 mlrd. dollar həcmində profisit gözlənilir, strateji valyuta ehtiyatlarının 50 mlrd. dolları ötəcəyi proqnozlaşdırılır. Strateji ehtiyatlar ÜDM-in 70%-nə çatır ki, bu göstərici üzrə ölkə dünyada ilk 15-likdədir.
E.Rüstəmov bildirib ki, cari ilin 9 ayında investisiyalar 27%, o cümlədən qeyri-neft sektorunda 31% artıb. Qeyri-neft sektoruna birbaşa xarici investisiyalar da artır ki, onun həcmi bu il 1 mlrd. dollar həcmində gözlənilir. Bundan başqa, ötən 9 ayda büdcə xərcləri 27%, o cümlədən investisiya xərcləri 20% artıb. Qeyri-neft vergi daxilolmaları 14% artıb. Büdcə proqnozları tam yerinə yetirilir və profisit müşahidə olunur.
AMB sədri bəyan edib ki, ölkədə məşğulluq səviyyəsi 95% təşkil edir və 2008-ci ilin əvvəlindən 430 mindən çox yeni iş yeri yaradılıb. Təkcə cari ilin 9 ayında 94 min yeni iş yeri açılıb. Əhalinin real pul gəlirləri ötən 9 ayda 12% artıb, 2008-ci ildən isə bu artım 2 dəfə olub.
E.Rüstəmovun sözlərinə görə, Azərbaycanda müşahidə olunan sabitlik və dayanıqlığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən makroiqtisadi strategiya və siyasətdir. «Azərbaycan qlobal riskləri qarşılamaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Ölkənin uğurlu böhran qarşılaması təcrübəsi və böyük maliyyə ehtiyatları var. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi daxili məhsulun cəmi 8%-ni təşkil edir, valyuta ehtiyatlarımız isə xarici dövlət borcunu 9 dəfə üstələyir», - deyə baş bankir bildirib.
Mərkəzi Bankın rəhbəri onu da qeyd edib ki, inflyasiya artıq təkrəqəmlidir, orta illik inflyasiya isə cəmi 1,5% təşkil edir. Əmək haqqının artım tempi inflyasiya tempini 7 faiz bəndi üstələyir. Həmçinin bildirilib ki, bu ilin iyun-sentyabr aylarında dünya ərzaq qiymətləri 8% artsa da, ərzağın yerli istehsalının artması hesabına qiymət sabitliyinə müsbət təsir göstərib.
Bank sektoruna gəlincə E.Rüstəmov qeyd edib ki, bankların kapitallaşma səviyyəsi yüksəkdir, risklərə qarşı kifayət qədər ehtiyatlar mövcuddur. Cari ildə bankların kapitalı 18%, son 4 ildə 49% artıb. Bank aktivləri cari ildə 11%, son 4 ildə isə 51% artıb. Bank aktivlərinin qeyri-neft ÜDM-ə nisbəti 65% təşkil edir. Əhalinin müddətli əmanətlərində cari ildə 8%-dən çox artım olub və dünya iqtisadi böhranının başlandığı dövrdən indiyədək əhalinin əmanətləri 2,3 dəfə yüksəlib. Bank aktivlərinin maliyyələşməsində xarici borcun payı son 4 ildə 20%-dən 13%-dək azalıb. Sektorun likvid aktivləri xarici borc öhdəliklərini 100%-dən çox ötür.
E.Rüstəmov bəyan edib ki, bank sektorunun sabitliyi və inkişaf prioritetləri bankların kapitalına tələbin 5 dəfə artırılaraq 50 mln. manata çatdırılmasını zəruri edib. Bu, bankların risklərə dözümlülüyünü, maliyyə vasitəçiliyi dərinliyini və effektivliyini artıracaq: «Bank sektorunun iqtisadiyyatın artan miqyasına uyğunlaşması təmin ediləcək. Kiçik və sağlam bankların isə maliyyə, texnoloji, institusional konsolidasiyasına şərait yaranacaq, onların rəqabət qabiliyyəti güclənəcək».
Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Xəbər Lenti
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü keçib
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb