Bank Of Baku

«Günay Sığorta» şirkətinin yığımları 13% azalıb

«Günay Sığorta» şirkətinin yığımları 13% azalıb
# 11 oktyabr 2012 12:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Sığorta» şirkətinin 2012-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 345,741 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün yığımlarından 13% azdır.

Şirkətin baş mühasibi Həlimə Əliyevanın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta hadisələri üzrə ödədiyi vəsaitlərin həcmi 29% azalaraq 116,269 min manat olub.

H.Əliyevanın sözlərinə görə, şirkətin bu ilin yanvar-sentyabr aylarında yığımlarında ən çox vəsait «Əmlakın yanğından və digər risklərdən sığortası» (150,968 min manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (103,910 min manat) və «Tibbi sığorta» növü (48,164 min manat) yığılıb.

Ödənişlərdə isə 86,753 min manat «Avtonəqliyyat vasitələrinin sığortası», 23,425 min manat «Tibbi sığorta», 5,818 min manat isə «Əmlakın yanğından və digər risklərdən sığortası» növü üzrə ödənilib.

Xatırladaq ki, səhmdarları «Günay Bank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) olan «Günay Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət 18 könüllü sığorta növü üzrə xidmət göstərir. Cari ilin oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 3,550 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR