Bank Of Baku

«Unibank» bəzi peşə sahibləri üçün kredit aksiyası keçirir

«Unibank» bəzi peşə sahibləri üçün kredit aksiyası keçirir
# 11 oktyabr 2012 14:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Unibank» ASC poçt işçiləri, yanğınsöndürənlər, dəmir yolu işçiləri və energetiklər üçün endirimli kredit aksiyası keçirir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin noyabrın 15-dək keçirilən aksiya çərçivəsində poçt işçiləri, yanğınsöndürənlər, dəmir yolu işçiləri və energetiklər sərfəli şərtlərlə kredit ala biləcəklər. Qeyd olunan peşə sahiblərinə kreditlər üzrə illik faiz dərəcəsindən 2%-ə qədər endirim edilir.

Kreditin maksimal məbləği 5000 manatdır, 3-24 aylıq müddətə olan nağd kreditlər üçün şəxsiyyəti təsdiq edən sənəd və iş yerindən arayış tələb olunur. Bununla yanaşı bildirilir ki, 3000 manatadək kredit zaminsiz verilir.

Qeyd edək ki, bank tərəfindən minimal əmək haqqı üzrə və iş stajına dair tələb irəli sürülmür. Hətta digər banklar qarşısında borc öhdəlikləri olan müştərilərə kredit verilməsi mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR