Bank Of Baku

Azərbaycan qeyri-neft məhsullarının ixracını 5,5% artırıb

Azərbaycan qeyri-neft məhsullarının ixracını 5,5% artırıb
# 11 oktyabr 2012 14:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 29,1 mlrd. ABŞ dolları təşkil edib ki, onun 6 mlrd. dolları idxalın, 23,1 mlrd. dolları ixracın payına düşüb. Nəticədə, 17,1 mlrd. dollarlıq müsbət saldo yaranıb. «APA-Economics»in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatında deyilir.

Qeyd edək ki, ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 146 ölkə ilə ticarət əməliyyatları aparıb.

Hesabat dövrü ərzində qeyri-neft məhsullarının ixracı 1 001,3 mln. dollar dəyərində olub və 2011-ci ilin yanvar-avqust aylarının səviyyəsini 5,5% üstələyib. Göründüyü kimi, qeyri-neft ixracının ümumi ixracda xüsusi çəkisi 4,3% təşkil edib.

Xarici ticarət əməliyyatlarının 84,3%-i İtaliya, İsrail, ABŞ, Rusiya, İndoneziya, Türkiyə, Almaniya, Fransa, Hindistan, Çin, Böyük Britaniya, Bolqarıstan, Gürcüstan, Çexiya, Tayvan (Çin əyaləti), Yunanıstan, Ukrayna, Sinqapur və Tunis dövlətləri, qalan 15,7%-i isə digər ölkələrlə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR