Bank Of Baku

Murad Yadniyev: «İslam İnkişaf Bankı Azərbaycana İslam bankcılığının tətbiqi ilə bağlı kömək etməyə hazırdır»

Murad Yadniyev: «İslam İnkişaf Bankı Azərbaycana İslam bankcılığının tətbiqi ilə bağlı kömək etməyə hazırdır»
# 12 oktyabr 2012 12:50 (UTC +04:00)
İstanbul. Əli Əhmədov – APA-Economics. Azərbaycanda İslam bankçılığı böyük potensiala malikdir. Bunu «APA-Economics»ə açıqlamasında Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Əməkdaşlıq Departamentinin Şərqi Avropa və MDB bölməsinin rəhbəri Murad Yadniyev bildirib.

M.Yadniyev qeyd edib ki, müraciət edən Azərbaycan şirkətləri ölkədə kredit dərəcələrinin yüksək olduğunu və burada İslam bankçılığı məhsullarının olmadığını bildirirlər. Onun sözlərinə görə, Azərbaycanda İslam bankçılığına maraq həm maliyyələşmə mexanizmi, həm də dini amillərlə bağlıdır.

«Bəzi şirkətlər bildirir ki, dərəcəsindən asılı olmayaraq onlara yalnız İslam kreditləri lazımdır. Amma bəziləri kreditlərin dərəcələri ilə maraqlanır», - deyə M.Yadniyev bildirib.

Onun sözlərinə görə, hətta bəzi xristian ölkələrinin bankları da İslam bankçılığı mexanizmi ilə maraqlanır: «Məsələn, Gürcüstanda bır bank bu maliyyələşmə mexanizmi ilə maraqlanır».

M.Yandiyev bildirib ki, Azərbaycan bankları tərəfindən müraciət olarsa, İslam İnkişaf Bankı (IDB) İslam bankcılığının tətbiqində onlara kömək etməyə hazırdır. Ümumiyyətlə, Azərbaycan bankları kreditlərdən başqa IDB-nin konsaltınq xidmətlərindən də istifadə edə bilər: «Bu çox baha deyil, İslam pəncərəsinin açılması 100-120 min dollara başa gələ bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR