Bank Of Baku

AİB Azərbaycanda maliyyələşdirdiyi layihələr üzrə maliyyə idarəetməsinin gücləndirilməsinə dair məsləhətlər verib

AİB Azərbaycanda maliyyələşdirdiyi layihələr üzrə maliyyə idarəetməsinin gücləndirilməsinə dair məsləhətlər verib
# 12 oktyabr 2012 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Asiya İnkişaf Bankının (AİB) maliyyə idarəetməsi üzrə missiyasının Azərbaycana səfəri başa çatıb.
AİB-in Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, AİB-in maliyyə idarə etməsi üzrə mütəxəssisi Xu Yi Azərbaycana səfər edərək AİB-in maliyyələşdirdiyi layihələr üzrə maliyyə idarəetməsinin gücləndirilməsi ilə bağlı məsləhət verib. O, AİB-in maliyyələşdirdiyi layihələr üzrə auditin aparılması barədə bankın qaydaları haqqında Azərbaycandakı audit şirkətləri məlumatlandırıb. X.Yi həm də AİB-in ictimai kommunikasiya siyasəti əsasında audit işlərinə aid bəzi məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı qaydalarını izah edib.

AİB mütəxəssisi «Grant Thorton», «Baker Tilly», «Deloitte», «BKR Işık» kimi audit şirkətlərində və Maliyyə Nazirliyində görüşlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR