Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» nizamnamə kapitalını artırır

«Azərbaycan Sənaye Sığorta» nizamnamə kapitalını artırır
# 12 oktyabr 2012 14:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azərbaycan Sənaye Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 632 manat, sayı 5 min ədəd, emissiyanın ümumi həcmi isə 8,160 mln. manat təşkil edir.

Emissiya «Azərbaycan Sənaye Sığorta»nın hər birinin nominal dəyəri 1 200 manat olan 5 min ədəd (ümumi həcmi 6 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 36% artaraq 8,160 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçiləri «Anadolu İnvestment Kompani» MMC (50%), «Azərbaycan Sənaye Bankı» (45%) və «Azərbaycan Sənaye Lizinq» MMC (5%) olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR