Bank Of Baku

Hesablama Palatası Tovuz rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlarda yoxlamalar aparacaq

Hesablama Palatası Tovuz rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlarda yoxlamalar aparacaq
# 12 oktyabr 2012 15:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın Hesablama Palatasının son kollegiya iclasında Palata tərəfindən Naxçıvan və Tovuz rayonunda yoxlamaların aparılması ilə bağlı proqram təsdiq edilib.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, iclasda dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsi üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan şəhər 2 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin və digər mənbələrdən daxilolmaların proqnozlaşdırılması və icrasına, həmçinin Tovuz rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramları təsdiq edilib.

Kollegiya iclasında dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən və dövlət büdcəsinin ehtiyat fondlarından Bakı şəhərinin yenidənqurma və abadlıq işlərinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, həmçinin Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə, dövlət büdcəsindən Azərbaycanın Almaniyadakı səfirliyinin saxlanılması üçün ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsinə dair rəy və hesabatlar müzakirə olunaraq təsdiq olunub. Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim edilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR