Bank Of Baku

Azərbaycanın 2013-cü ilin dövlət büdcəsində 12% artım gözlənilir

Azərbaycanın 2013-cü ilin dövlət büdcəsində 12% artım gözlənilir
# 15 oktyabr 2012 07:31 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Maliyyə Nazirliyindən məlumat verilib.

Beləliklə, gələn il büdcə gəlirləri üzrə 12,4%-lik, xərcləri üzrə isə 12,1%-lik, kəsir üzrə isə 3,5%-lik artım gözlənilir.

Büdcə gəlirlərinin strukturunda 11 350 mln. manat və ya 59,3% Dövlət Neft Fondundan daxilolmalar, 6 400 mln. manat və ya 33,4% Vergilər Nazirliyi üzrə daxilolmalar, 1 380 mln. manat və ya 7,2% Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar, 5 mln. manat dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar və 19 mln. manat sair daxilolmaların payına düşür. Vergilər Nazirliyinin xətti ilə daxilolmaların 3 760 mln. manat və ya 58,8% qeyri-neft sektorunun payına düşür. Vergi daxilolmalarının həcmi 2012-ci ilin proqnozuna nisbətən 8,3% çox nəzərdə tutulub. Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların isə 2012-ci ilin proqnozuna nisbətən 15% artıq olacağı gözlənilir.

İcmal büdcəsinin gəlirləri 2013-cü il üçün 20 723,7 mln. manat, xərcləri 24 460,1 mln. manat, kəsiri isə 3 736,4 mln. manat səviyyəsində proqnozlaşdırılır. İcmal büdcəsinin gəlirlərinin tərkibində 19 154 mln. manat dövlət büdcəsi, 11 818,8 mln. manat Dövlət Neft Fondu, 2 632,7 mln. manat Dövlət Sosial Müdafiə Fondu, 332,7 mln. manat isə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin payına düşür. İcmal büdcəsinin xərclərinin strukturunda isə 19 810 mln. manat dövlət büdcəsi, 13 599,3 mln. manat Dövlət Neft Fondu, 2 632,7 mln. manat Dövlət Sosial Müdafiə Fondu, 332,7 mln. manat Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərclərinin, 1 300 mln. manat isə xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə xərclərin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR