Səlim Müslümov: «Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar konkret hesablamalara əsaslanır»
S.Müslümovun sözlərinə görə, perspektiv dövrdə pensiyaların baza hissəsinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması, orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqına nisbətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, pensiya təminatına yönəldilən vəsaitlərin ÜDM-ə nisbəti üzrə beynəlxalq təcrübədə qəbul olunan normaların gözlənilməsi əsas vəzifələrdəndir. Bunun üçün isə sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının təmin olunması əsas şərtdir.
S.Müslümov vurğulayıb ki, bazar iqtisadiyyatı şəraitində sosial ödənişlərə yönəldilən vəsaitlər öz mənbəyini real iqtisadiyyatdan, əmək haqlarının sosial sığortaya cəlb olunmasından götürməlidir. Bu məqsədlə həm iqtisadiyyatdakı əmək haqqı məbləğlərinin tam uçota alınması, həm də sosial sığortalanmadan yayınmanın aradan qaldırılması vacib şərtdir. Məsələyə makroiqtisadi səviyyədə yanaşdıqda, bu, iqtisadiyyatdan sosial sığorta haqları şəklində toplanan vəsaitlərin yenidən pensiya ödənişləri kimi geri qaytarılması, yəni əlavə mənfi fiskal təsirlər yaratmadan maliyyələşmələrin aparılması kimi özünü göstərir. Fərdi pensiyaçı səviyyəsində yanaşdıqda isə, bu, hər bir şəxsin pensiya şəklində alacağı vəsaitlərin ödənilən sosial sığorta haqları ilə əlaqələndirilməsidir ki, həmin mexanizm sığorta olunanların fərdi uçotu sisteminin təşkilində ifadə olunur. Ona görə də, əsas hədəf işləyənlərin iş yerlərində rəsmiləşdirilməsinə və əmək haqqının tam leqallaşmasına nail olmaq, bu yolla sosial sığorta haqları kimi ödənən və fərdi hesablarda qeydə alının pensiya kapitallarını artırmaqdır.
Fondun sədri bildirib ki, DSMF-nin maliyyə dayanıqlığının artırılmasına yönəldilmiş istiqamətlərdən biri də sığorta-pensiya sistemində yığım komponentinin tətbiqidir. Belə ki, müəyyən stimullaşdırıcı vasitələr daxil edilməklə yığım komponenti vasitəsilə məşğul əhalinin sığorta-pensiya sistemində daha aktiv iştiraka cəlb olunmasıdır. Hazırda yığım komponentinin tətbiqi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təhlillərin aparılması işi davam etdirilir. Yığım komponentinin tətbiqi daha mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən daha çox asılıdır.
S.Müslümovun sözlərinə görə, daha bir istiqamət qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlıdır. O bəyan edib ki, Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı (2009-2015-ci illər) ilə müəyyən olunmuş tədbirlər planına uyğun olaraq qarşıdakı illər ərzində Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması istiqamətində əsas addımların atılacağı nəzərdə tutulur.
Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Xəbər Lenti
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü keçib
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb