Bank Of Baku

Milli Depozit Mərkəzində qeydə alınmış birja əqdlərinin həcmi kəskin azalıb

Milli Depozit Mərkəzində qeydə alınmış birja əqdlərinin həcmi kəskin azalıb
# 15 oktyabr 2012 12:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Milli Depozit Mərkəzi (MDM) depozitar və reyestrin aparılması xidmətlərinin göstərilməsi üzrə 2 müqavilə imzalayıb.

MDM-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında qeydiyyata alınmış birja əqdlərinin sayı 357, onların ümumi həcmi isə 31 591 188 manat təşkil edib. Bu isə əvvəlki aya nisbətən 2,2 dəfə azdır.

Sentyabr ayında MDM-də qeydiyyata alınmış birjadankənar əqdlərin sayı 34, ümumi həcmi isə 719 290 manat təşkil edib ki, bu da avqust ayına nisbətən 3,3 dəfə azdır.

Hesabat dövründə MDM-də əlavə emissiya üzrə əqdlərin sayı 6, onların ümumi həcmi isə 204 459 780 manat təşkil edib. Bu da əvvəlki aya nisbətən 2,7 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR