Bank Of Baku

Azərbaycan gələn il dövlət büdcəsinin əsaslı xərclərini 15% artıracaq

Azərbaycan gələn il dövlət büdcəsinin əsaslı xərclərini 15% artıracaq
# 15 oktyabr 2012 12:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2013-cü il dövlət büdcəsində əsaslı xərclər üçün 9 073,8 mln. manat həcmində vəsait nəzərdə tutulub ki, bu da 2012-ci ilə nisbətən 15,3% çoxdur. «APA-Economics»in məlumatına görə, bu barədə gələn il üçün tərtib olunmuş dövlət büdcəsinin ilkin layihəsində göstərilir.

Layihəyə əsasən, əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə büdcədən 6 915,2 mln. manat vəsait yönəldiləcək ki, bu da 2012-ci ilə nisbətən 19,8% çoxdur.

Gələn il dövlət əsaslı vəsait qoyuluşu xərcləri ilk növbədə tamamlanması nəzərdə tutulan sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər infrastrukturların, sosial-mədəni təyinatlı müəssisələrin tikintisinə və yenidən qurulmasına, bərpasına, əsas vəsaitlərin alınmasına, ölkənin müdafiə, milli təhlükəsizlik, sərhəd və digər tədbirləri üzrə əsaslı işlərin görülməsinə, bir sıra proqramlar üzrə nəzərdə tutulan layihələrə və digər dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Bu mənbədən qəza vəziyyətində olan məktəblərdə əsaslı təmir və tikinti işlərinin aparılması, tələbələr üçün yataqxanaların tikintisi, ölkənin şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsi, elektrik enerjisinin təchizatı sisteminin yaxşılaşdırılması, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması, Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi, ölkənin regionlarında kəndlərarası yolların tikintisi və əsaslı təmiri və digər zəruri investisiya layihələrinin icrasının davam etdirilməsi üçün vəsait proqnozlaşdırılıb.

Layihəyə əsasən, xüsusi müdafiə və hərbi təyinatlı layihələr və tədbirlər üzrə nəzərdə tutulan vəsait nəzərə alınmadan 2013-cü il dövlət büdcəsində əsaslı xərclərin 453,3 mln. manatı (2012-ci ilə nisbətən 7,7% çox) dövlət büdcəsinin müvafiq xərc bölmələrində öz əksini tapmaqla, sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların yenidən qurulması və əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin (əsas vəsaitlər, bina və tikililər, yaşayış və qeyri-yaşayış binaları) alınmasına yönəldiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR