Bank Of Baku

Azərbaycan BVF və Dünya Bankının illik iclasında iştirak edib

Azərbaycan BVF və Dünya Bankının illik iclasında iştirak edib
# 15 oktyabr 2012 13:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Tokioda (Yaponiya) Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının 67-ci illik iclası keçirilib.
Azərbaycan Maliyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 188 ölkənin iqtisadiyyat və maliyyə nazirləri, mərkəzi bank rəhbərlərinin iştirak etdiyi toplantıda qlobal iqtisadi inkişaf, avro bölgəsində davam edən borc böhranı və digər ölkələrə təsirləri, işsizliyin və yoxsulluğun azaldılması kimi mövzular ətrafında müzakirələr aparılıb. Təxminən 20 min adamın qatıldığı yığıncaqlarda Azərbaycan maliyyə nazirinin müavini Azər Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

İclasda çıxış edən Yaponiya şahzadəsi Naruhito ötən il Yaponiyada baş verən zəlzələ və sunaminin fəsadlarının aradan qaldırılmasında göstərdiyi dəstəyə görə beynəlxalq ictimaiyyətə minnətdarlığını bildirib, BVF və Dünya Bankının qlobal iqtisadi inkişaf, beynəlxalq maliyyə sabitliyinin qorunması, yoxsulluğa qarşı mübarizədə bundan sonra da səylərini davam etdirəcəyinə əminliyini ifadə edib.

BVF-nin idarəedici direktoru Kristin Laqard, Dünya Bankının yeni təyin olunmuş prezidenti Cim En Kim və digərləri qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, qarşıda duran məqsədlər barədə çıxışlar ediblər.
İllik iclas çərçivəsində Azərbaycan nümayəndə heyəti BVF və Dünya Bankının rəsmiləri ilə bir sıra işgüzar görüşlər keçirib, ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək istiqamətləri barədə müzakirələr aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR