Bank Of Baku

«Amrahbank» nizamnamə kapitalını artırır

«Amrahbank» nizamnamə kapitalını artırır
# 15 oktyabr 2012 13:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Amrahbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 51 383 ədəd, emissiyanın ümumi həcmi isə 5 138 300 manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Amrahbank»ın artıq bu ay yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 37,5% artaraq 18 844 400 manata çatacaq.

Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 13 706 100 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR